Aprelin 16-da Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan icmasının üzvlərinin iştirakı ilə Praqanın mərkəzində Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını tələb edən sülhməramlı aksiya keçirilib. Trend-ə Azərbaycanın Çexiyadakı səfirliyindən verilən məlumata əsasən, Praqada turistlərin ən çox səfər etdiyi Çexiya Prezident sarayının (Pražský Hrad) qarşısında keçirilən aksiyada Azərbaycanlı gənclər tərəfindən Ermənistanın işğalçı hərəkətlərini pisləyən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağıran, işğalçı Ermənistan qoşunlarının ölkəmizin ərazisindən çıxarılmasını və işğala son qoyulmasını tələb edən şüarlar səsələndirilib. Sülhməramlı aksiya zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü, xüsusilə cari ilin aprel ayının əvvəllərində Ermənistan qoşunlarının təmas xətti boyunca təxribat xarakterli hücumları, Azərbaycan mövqelərinin atəşə tutulması, xüsusilə dinc sakinlərimizin qətlə yetirilməsi haqqında müvafiq məlumat vərəqləri yerli sakinlər və turistlərə paylanılıb. Sülhməramlı aksiya ilə bağlı Çexiya prezidentinə ünvanlanan petisiya tərtib edilib və aksiya iştirakçıları tərəfindən imzalanıb. Sülhməramlı aksiya Azərbaycanlı tələbə və gənclər tərəfindən ölkəmizin himninin oxunması ilə başa çatıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…