Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində bu ilin fevral ayında əlavə olaraq fərdi şəxsi hesab açdıranların artım dinamikası davam edib.Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, ötən ay sistemdə əlavə olaraq 37 846 nəfər qeydiyyata alınıb və bu, yanvar ayı ilə müqayisədə 75,7 faiz çoxdur. Beləliklə, bu il martın 1-dək fərdi uçot sistemində qeydiyyatda olanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox, yəni 3 431 299 nəfər təşkil edib. Onlardan 59,5 faizi kişilər, qalanları isə qadınlardır.Sığortaolunanların 20 faizini yaşı 30 yaşa qədər olanlar, 25,8 faizini 30-40 yaşlarında olanlar, 19,9 faizini 40-50 yaşlarında olanlar, 20,8 faizini isə 50-60 yaşlarında olanlar təşkil edir. Sığortaolunanların qalan hissəsi yaşı 60-dan yuxarı olanlardan ibarətdir.Fərdi uçot sistemi ölkəmizdə sığorta-pensiya sisteminin vacib elementi olmaqla yanaşı, əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Sistemdə uçota alınan hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açılandan sonra onu təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir və sığortaolunana təqdim edilir.Sığortaolunan üçün açılan fərdi şəxsi hesabda gələcək pensiya təminatı üçün kapital toplanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsi ilə sığortaolunan fərdi şəxsi hesabında pensiya kapitalının toplanmasına mütəmadi nəzarəti həyata keçirmək imkanı əldə edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…