Kibercinayətkarlığın ilbəil artması, müxtəlif ölkələrdə cinayətkar şəbəkələrin yeni və qeyri-standart sxemlər və elektron üsullar vasitəsilə qanunsuz mütəşəkkil fəaliyyəti hüquq mühafizə orqanları qarşısında yeni vəzifələr qoymaqla, bu sahədə beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini şərtləndirir.Baş Prokurorluğun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Avropa Şurasının və İnterpolun təşkilatçılığı ilə İnterpolun Sinqapurdakı qərargahında kibercinayətkarlıq, cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələlərində beynəlxalq hüquqi əməkdaşlığa həsr olunan konfrans keçirilib.İnterpolun Sinqapur Qlobal İnnovasiyalar Kompleksi (IGCI) rəhbərinin müavini Silvino Şlikman çıxış edərək konfransın əhəmiyyəti, qarşıda duran vəzifələr, eləcə də IGCI-nin fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.ABŞ, Filippin, Belarus, Moldova, Gürcüstan, Mərakeş, Şri-Lanka və sair ölkələrin prokurorluq, ədliyyə, polis orqanlarının, beynəlxalq təşkilatların rəhbər şəxslərinin, həmçinin “Facebook” və “Microsoft” şirkətlərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə ölkəmizi Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov təmsil edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…