Bordo şəhərinin meri Alen Jüppe prezident seçkilərində “Respublikaçılar” partiyasından namizədliyini irəli sürməkdən qəti surətdə imtina edib. O, bu barədə qərarını təcili çağırılan konfransda açıqlayıb.TASS informasiya agentliyi xəbər verir ki, Fransua Fiyonla bağlı qalmaqal fonunda prezident seçkilərində mübarizəyə qoşulmaq barədə partiya yoldaşlarından çoxsaylı təkliflər aldığını deyən Jüppe bu “bazarlıqda” iştirak etmək istəmədiyini vurğulayıb.Siyasətçi “Respublikaçılar” partiyasında baş verən böhrana və mərkəzçilərlə ənənəvi vahid mövqenin olmadığına görə da təəssüf hissini dilə gətirib. Onun sözlərinə görə, Fransada seçkilər heç vaxt belə dolaşığa düşməyib. “Marşda” hərəkatının lideri Emmanuel Makronun seçilməsi Fransua Olandın məhvedici siyasətinin davamı ola bilər, “Milli cəbhə” isə ölkəni fəlakətə aparar.Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu mayın 7-də keçiriləcək. Namizədlərin qeydiyyatı isə martın 17-də başa çatır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…