Əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Oğuz rayonunda da davam edir. Fevralın 15-də başlanan aksiya çərçivəsində bu günədək 9406 nəfər rayon sakini tibbi müayinədən keçib.Bu barədə Azərtac-a Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi A.Əzizov məlumat verib.Baş həkimin bildirdiyinə görə, Oğuz rayonu üzrə 18 yaşdan yuxarı 31 min 471 nəfər vətəndaşın tibbi müayinələrə cəlb olunması nəzərdə tutulub. Müayinələrin keçirildiyi mərkəzi xəstəxananın kollektivi bu məsul aksiyaya çox ciddi hazırlaşıblar. Müayinələr zamanı ultrasəs, rentgen və digər tibbi aparatlardan geniş istifadə olunur. Xəstəxananın laboratoriyasında müxtəlif qan analizlərinin aparılması üçün müasir tələblərə cavab verən zəruri tibbi avadanlıq var. Xəstəxanalara gəlmək imkanı olmayan sakinləri evlərində müayinə etmək üçün səyyar həkim briqadası da yaradılıb. Müayinələr zamanı xəstəliklər aşkar edildikdə, onlar müalicəyə cəlb olunurlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…