Bu yaxınlarda Milli Məclisdə” Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul olundu. Ancaq bank sektorunda bir sıra zəif banklar var. Bu zəif banklar bazarın çox cüzi hissəsini təşkil edir. Əmanətçilərin 98%-i bugünkü sığorta sistemi ilə əhatə olunurlar”.
Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, sağlam və perspektivi olan banklar “Əmanətlərin tam sığortalanması haqqında” qanun imzalanandan sonra 100% sığorta ilə əhatə olunacaqlar: `Bank sektorunda dayanaqlığı təmin etmək üçün dövlət müvafiq proqram üzərində işləyir. Bu məqsədlə Dünya Bankı, Beynəlxalq Valyuta Fondunun nümayəndələrini ölkəyə dəvət etmişik. Ən güclü ekspertləri dəvət etmişik ki, bank sektorunu daha güclü, dayanıqlı edək`.
Lisenziyası ləğv olunan “Gəncə Bank” ASC-də olan əmanətlərə toxunan baş bankir deyib ki, adıçəkilən bankın əmanətçilərinin narahatlığına heç bir əsas yoxdur.
Elman Rüstəmov həmçinin banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə də münasibət bildirib: `Hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər. Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək ki, banklar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqrammı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik`.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…