Ölkədə təhsilin inkişafına böyük önəm verən “Kapital Bank” sosial yönümlü fəaliyyətinə uyğun olaraq daha bir faydalı əməkdaşlığa başlayıb. Bankdan “Apa-Economics”ə verilən xəbərə görə, “Kapital Bank” «Azərbaycan üçün öyrət” (“Teach for Azerbaijan”) beynəlxalq təhsil proqramının rəsmi tərəfdaşı olub. Bununla bağlı təşkil edilən təqdimat mərasimində Təhsil Nazirliyi və “Kapital Bank” arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində təhsil naziri Mikayıl Cabbarov, “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, millət vəkilləri, dövlət rəsmiləri, ictimai xadimlər və digər qonaqlar iştirak edib. “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir. Bu layihə ilk olaraq Bakı, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərindəki məktəbləri əhatə edəcək. “Layihənin əsas məqsədi ölkənin təhsil sahəsinin keyfiyyətinin artırılmasıdır. Proqramda əsasən zəif nəticə göstərən məktəblər iştirak edəcək. Layihənin həyata keçirilməsində tərəfdaş olan Kapital Bank-a təşəkkürümü bildirirəm. Təcrübə göstərir ki, dövlət qurumları ilə özəl sektorun birgə təqdim etdikləri layihələr hər zaman uğurlu olur”, – deyə M. Cabbarov qeyd edib. “”Kapital Bank” ölkədə bank fəaliyyəti ilə yanaşı, həmçinin sosial yönümlü layihələrinin dəstəklənməsinə böyük önəm verir. Əminəm ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən “Azərbaycan üçün öyrət” proqramı təhsil sahəsinin inkişafına öz töhfəsini verəcək və şagirdlərin dərsə olan marağını artıracaq”, – deyə “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…