Gələn həftə Venesuelada valyuta mübadiləsinin yeni sistemi tətbiq ediləcək. “lenta.ru” xəbər verir ki, bu açıqlama ilə ölkə prezidenti Nikolas Maduro çıxış edib. Hakimiyyət ümid edir ki, yeni mübadilə sisteminin tətbiqi ilə ölkənin milli valyutası bolivar sərbəst dönərli olacaq. Yeni sistemin qaydalarına görə, hər həftə iki hərrac aparılacaq.Prezidentin sözlərinə görə, yeni sistemə giriş ölkənin bütün müəssisələri və təbəqələri üçün açıq olacaq. O, eyni zamanda, yeni valyuta sistemini saxta dollarların təsirindən qorumağa çağırıb.Hazırda Venesuelada bolivarın 3 müxtəlif məzənnəsi mövcuddur: rəsmi sabit məzənnə DİPRO-da 10 bolivar/dollar, əlavə valyuta mübadiləsi sistemi – DİCOM-da 706 bolivar/dollar, “qara bazar”da isə 3 000 bolivar/dollardan artıqdır.Qeyd edək ki, 2014-cü ildə neftin qiymətinin aşağı düşməsi səbəbindən Venesuela uzunsürən iqtisadi böhran yaşayır. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, bu il ölkədə inflyasiya 1640 faiz təşkil edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…