“Samsung” şirkəti Nyu-Yorkda keçirilmiş təqdimatda yeni “Galaxy S8” və “S8 Plus” smartfonlarını nümayiş etdirib.Azərtac xəbər verir ki, hər iki cihaz tərəflər nisbəti 18,5:9 olan və 2960×1440 piksel təsvir ölçülü əyri kənarlara malik ekranla təchiz edilib. Böyük modeldə ekranın diaqonalı 6,2, kiçikdə isə 5,8 düymdür.Şirkətin yaydığı məlumata görə, telefonun korpusu metal çərçivəyə malik şüşədən hazırlanıb. İdarəetmə düymələri ekrana inteqrasiya edilib və barmaq izi skanerinin yeri arxa tərəfə keçirilib. Yeni qabaqcıl smartfon gözün qüzehi qişasının skaneri ilə təchiz edilib.Yeni “S8” smartfonları “IP68” standartına uyğun olaraq su və toza qarşı dayanıqlıdır, yəni telefon 1,5 metr dərinliyində suyun içində 30 dəqiqə qalmaq qabiliyyətinə malikdir.Bu smartfonlar iki modifikasiyada əlçatan olacaq: “Samsung Exynos 8895” və “Qualcomm Snapdragon 835” prosessorları ilə. Həmçinin 4 giqabayt əməli və 64 giqabayt daxili yaddaşla təchiz edilib. Yaddaş kartı dəstəklənir. Əsas kameranın təsvir ölçüsü 12, ön kamerada isə 8 meqapikseldir. Hər iki aparat “Dual Pixel” texnologiyasına malik “f1.7” linzasına malikdirlər. Bundan əlavə, “Galaxy S8” smartfonu şirkətin “Bixby” səs assistentini dəstəkləyən ilk qurğusudur. İstehsalçının iddiasına görə, həmin səs assistent bazarda ən “ağıllı”dır və başqa şirkətlərin həllindən son dərəcə fərqlənir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…