Sankt-Peterburq metrosunda partlayış zamanı yaralananlardan 6-nın vəziyyəti son dərəcə ağır olaraq qalır. Daha 4 yaralı ağır vəziyyətdədir.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə aprelin 5-də şəhər qubernatorunun müavini Anna Mityanina Twitter səhifəsində məlumat verib.Xatırladaq ki, bazar ertəsi günü Sankt-Peterburq metropoliteninin “Sennaya ploşad” və “Texnoloqiçeskiy institut” stansiyaları arasında hərəkət edən qatarda güclü partlayış törədilib. İlkin məlumata görə, partlayıcı qurğunu vaqonların birində terrorçu-kamikadze işə salıb. Terror nəticəsində 14 nəfər həlak olub, 50 nəfərə yaxın insan yaralanıb.Hüquq mühafizə orqanları terror aktının mümkün icraçısının Qırğızıstan sakini, 1995-ci il təvəllüdlü Rusiya vətəndaşı Akbarjon Cəlilov olduğunu bildirirlər. Hadisə ilə bağlı təhqiqat davam edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…