Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün strateji planı üzrə…

7 Aprel 2017 12:41

Xəbər 1481 dəfə oxunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində kütləvi informasiya vasitələri üçün brifinq keçirilib.Azərtac xəbər verir ki, brifinqdə mərkəzin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Namiq Seyidov Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün strateji planı üzrə Fəaliyyət planının 4.2-ci bəndinə əsasən mərkəzin “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair sorğu barədə jurnalistlərə məlumat veriblər.“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair sorğu Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında keçiriləcək və metodologiyanın daha yaxşı öyrənilməsi üçün ilin əvvəllərində Bakıda beynəlxalq mütəxəssislərin iştirakı ilə seminar təşkil olunub. Sorğu vərəqəsində uşaqlara ünvanlanan 60-dan çox sual onların qidalanma, fiziki və psixoloji dəyərləndirmə, sanitar-gigiyenik qaydalar, habelə spirtli içki, siqaret çəkmə və s. zərərli vərdişlər barədə biliklərini müəyyən etməyə imkan verəcək. Pilot sorğunun 1350 şagird arasında aparılması nəzərdə tutulub.Brifinqi aparan mərkəzin nümayəndələri onu da söyləyiblər ki, sorğunun nəticələri barədə hesabat hazırlanacaq və Təhsil Nazirliyinin əməkdaşları ilə birlikdə təhlil ediləcəkdir. Sorğunun uğurlu olacağı təqdirdə onun ilin axırlarında ölkəmizin 4300 məktəblisi arasında keçirilməsi nəzərdə tutulub.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05