İtaliyanın Luçça şəhərində dünyanın inkişaf etmiş ən böyük 7 ölkəsinın (G7) və Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin toplantısı işə başlayıb.Türkiyənin Anadolu Agentliyi xəbər verir ki, İtaliyanın ev sahibliyi ilə keçirilən toplantıda xarici işlər nazirləri Ancelino Alfano (İtaliya), Reks Tillerson (ABŞ), Boris Conson (Böyük Britaniya), Siqmar Qabriel (Almaniya), Jan-Mark Ayro (Fransa), Fumio Kişida (Yaponiya), Kristia Friland (Kanada) və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini iştirak edirlər.Toplantı ilə əlaqədar Luççada geniş təhlükəsizlik tədbirləri görülüb, bu tarixi şəhərin mərkəzi küçələrində hərəkət tamamilə məhdudlaşdırılıb, şəhər üzərindən bütün uçuşlar qadağan edilib.İki gün davam edəcək toplantıda terrorizmlə mübarizə, miqrant böhranı, İŞİD-in Suriyadan və İraqdan çıxarılması, Suriyada vətəndaş müharibəsi, eləcə də İran, Liviya, Ukrayna, Şimali Koreya ilə münasibətlər və digər məsələlər müzakirə ediləcək. Suriya məsələsi ilə bağlı müzakirələrdə Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanın xarici işlər nazirləri də iştirak edəcəklər.Toplantı çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…