Moskvada Rusiya, Suriya və İran xarici işlər nazirlərinin görüşü keçirilib.Görüşün yekunlarına dair keçirilmiş mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Suriyada BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin tələblərinin yerinə yetirilməsində israrlıdır. Rusiya Suriya hökumətinə sülhün, iqtisadiyyatın, mülki infrastrukturun bərpa edilməsində, humanitar problemlərin həll olunmasında hərtərəfli yardımı davam etdirəcək.Rusiyalı nazir əlavə edib ki, üçtərəfli görüşdə Suriya ərazisindəki terrorçu qruplaşmaların məhv edilməsi məsələsinə xüsusi diqqət ayrılıb. S.Lavrovun sözlərinə görə, Rusiya və ABŞ Suriyada kimyəvi tərkisilahın təminatçılarıdır. O xatırladıb ki, Suriyanın kimyəvi silahların qadağan edilməsinə dair Konvensiyaya qoşulması təşəbbüsünü məhz ABŞ və Rusiya dəstəkləyib.Suriyanın xarici işlər naziri Valid Müəllem qeyd edib ki, Moskva, Tehran və Dəməşq Suriyada terrorizmlə mübarizəni davam etdirəcək. O, İran xarici işlər naziri ilə də bu məsələləri müzakirə etdiyini bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…