Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında…

15 Aprel 2017 15:21

Xəbər 971 dəfə oxunub

Ölkəmizdə ilk dəfə olaraq, pilot layihə çərçivəsində “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” ilə bağlı sorğu aparılır. Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında ölkəmizin məktəbli mühitinə uyğunlaşdırılmış Azərbaycan və rus dillərində hazırlanan 60-dan çox sualdan ibarət anketlər şagirdlərə paylanılıb.Azərtac İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mərkəz Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri və Xızı rayonunda tam orta məktəblərin V, VII və IX sinif şagirdləri arasında keçirilən sorğuya yekun vurub.Sorğudan ilkin olaraq bir sıra maraqlı nəticələr əldə olunub. 1350 şagirdin iştirakı ilə keçirilməsi nəzərdə tutulan sorğu tamamlanandan sonra əldə edilən məlumatlar xüsusi olaraq IBM şirkətinin SPSS kompüter proqramı vasitəsilə aprelin axırlarında təhlil ediləcək və nəticələr əsasında hesabat hazırlanacaq. Sorğunun nəticələri Səhiyyə və Təhsil Nazirlikləri, müvafiq dövlət qurumları, mətbuat nümayəndələri və mütəxəssislərin iştirakı ilə bu ilin mayında geniş müzakirə olunacaq, verilən təklif və tövsiyələr nəzərdən keçiriləcək.Növbəti sorğu Sumqayıt şəhər məktəblərində aparılacaq.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05