Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) poliklinika şöbəsində talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.Universitetdən Azərtac-a bildiriblər ki, qanvermədə ADNSU-nun müəllim və işçi heyəti ilə yanaşı, tələbələr də könüllü iştirak edib, qana ehtiyacı olan insanlara kömək üçün bu humanist aksiyaya qoşulublar. Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibb briqadası tərəfindən hər bir donorun sağlamlığı yerindəcə müayinə edilib və onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün saxlanılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…