Aprelin 20-də Bakı Dövlət Universitetində (BDU) “Fizikaya müasir baxış” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.Azərtac xəbər verir ki, aprelin 22-dək davam edəcək konfrans Təhsil Nazirliyi, BDU, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın STAR-NET – nüvə texnologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı regional şəbəkəsi və İtaliyanın Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.Tədbirdə çıxış edən BDU-nun rektoru A.Məhərrəmov bildirib ki, respublika ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Rusiya, İtaliya, Yaponiya, Polşa, Türkiyə, Pakistan, İran, Braziliya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin, elmi-tədqiqat institutları alimlərinin də iştirak etdikləri konfrans işini bölmə iclaslarında davam etdirəcək və maraqlı stend məruzələr təqdim olunacaq.Sonra konfrans işini “Nanotexnologiyalar və materialşünaslıq”, “Opto-nano elektronika”, “Nəzəri, riyazi və yüksək enerjilər fizikası”, “Bioloji və tibbi fizika”, “Kondensləşmiş mühitlər fizikası”, “Astrofizika” bölmələrində davam etdirib. İki gün ərzində konfransda 130-dək məruzə dinləniləcək.Konfransın Azərbaycan və rus dillərində olan məqalələri “Bakı Dövlət Universitetinin xəbərləri” və Bakı Mühəndislər Universitetinin elmi jurnallarında çap olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…