Rusiya və Türkiyə arasında rəsmi səviyyədə münasibətlər bərpa edilə bilməz. TASS xəbər verir ki, bu barədə mətbuat konfransında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Zaxarova qeyd edib ki, eyni zamanda Rusiya tərəfindən türk xalqına və türk biznesinə qarşı heç bir əks-fəaliyyət olmayıb və ola da bilməz. “Türk rəsmilərinə gəldikdə isə, perspektiv yoxdur. Onlar elədiklərini etdilər. Biz indi anlayırıq ki, bu, onların düşünülmüş seçimi idi” , – o vurğulayıb. “Beynəlxalq münasibətlərdə onların (Türkiyə hakimiyyətinin) qurduğu “kartlar evi” dağılmağa başlayıb”, – Zaxarova bildirib. “Xalqlar, ölkələr arasında münasibətlər nöqteyi-nəzərindən – əlbəttə ki, münasibətlər inkişaf edəcək. Türk xalqına, türk biznesinə, iqtisadi mühit nümayəndələrinə qarşı heç bir əks-fəaliyyət, heç bir kampaniya yoxdur və ola da bilməz”, – Rusiya XİN-in rəsmisi vurğulayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…