Avropa Parlamentinin sədri Antonio Tayani Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxma prosesini istənilən an dayandıra biləcəyini bildirib. Bu məsələ Baş nazir Tereza Meyin elan etdiyi növbədənkənar parlament seçkiləri ərəfəsində daha da aktuallaşıb.Interfax informasiya agentliyi xəbər verir ki, Tayaninin sözlərinə görə, əgər yeni hökumət “Brexit”ə başqa cür yanaşsa, Lissabon sazişinin 50-ci maddəsinə əsasən başlayan bu prosesi dayandıra bilər.Avroparlament sədrinin bu fikri Tereza Meyin “Brexit”in geriyə dönüşünün olmadığı barədə iddialarına əsla uyğun gəlmir.Xatırladaq ki, Böyük Britaniyada əvvəlcə 2020-ci ilə təyin olunan parlament seçkiləri bu il iyunun 8-də keçirilməlidir. Britaniya hökumətinin başçısı ölkənin Avropa İttifaqının tərkibindən çıxması prosesini həyata keçirmək üçün müəyyənliyə, sabitliyə və güclü rəhbərliyə ehtiyac olduğunu və növbədənkənar parlament seçkilərinin məhz buna hesablandığını vurğulayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…