Bu fikir Türkiyə Xarici İşlər Nazirliyinin ABŞ Prezidenti Barak Obamanın 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirlərlə əlaqədar açıqlamasında yer alıb. Nazirliyin açıqlamasında vurğulanır ki, Türkiyə türk və erməni xalqlarının əsrlər boyu birlikdə yaşama təcrübəsinə əsaslanaraq sülh şəraitində ortaq gələcək yaratmaq arzusunu səmimi şəkildə ortaya qoyub. Bu baxımdan dost və müttəfiq ölkələrin bu çağırışa dəstək vermək əvəzinə, gərginliyi daha da artırmaq istəyən qüvvələri təşviq etməsi təəssüf doğurur. Türkiyə XİN-in açıqlamasında deyilir ki, bu günə qədər tarixdə hər hansı kədər doğuran hadisəni siyasiləşdirmək cəhdləri heç kimə fayda gətirməyib. “Belə olduğu halda, hər il müəyyən tarixdə üçüncü ölkələrin siyasi mövqelərindən maraq güdməyə çalışan müəyyən qüvvələr dostluğa və sülhə zərbə vurmaqla kifayətlənməyərək, o dövrdə baş verən kədərli hadisələrə də bir növ hörmətsizlik edirlər. Bu baxımdan ABŞ Administrasiyasını tarixi həqiqətləri ədalətlə dəyərləndirərək bütün tərəflərin acılarını nəzərə alan, qərəzsiz, xoşməramlı və sağlam təmələ söykənən mövqe nümayiş etdirməyə çağırırıq”, – deyə nazirliyin açıqlamasında qeyd olunur
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…