Fransada keçirilən seçkilərdə Emmanuel Makron qələbə qazanıb

8 May 2017 12:53

Xəbər 1195 dəfə oxunub

Mərkəzçi “İrəli” hərəkatının liderinin minlərlə tərəfdarı öz namizədlərinin qələbəsini qeyd etmək üçün Parisdəki Luvr piramidasının yaxınlığında toplanıb. Fransa paytaxtı demək olar ki, yekdilliklə üstünlüyü Emmanuel Makrona verib: o, burada seçicilərin 90 faizinin səsini qazanıb.TASS informasiya agentliyi xəbər verir ki, sabiq iqtisadiyyat naziri və investisiya bankiri Emmanuel Makron mayın 7-də Fransada keçirilən seçkilərdə inamlı qələbə qazanıb. Daxili İşlər Nazirliyinin yekun məlumatına əsasən, onu 20 milyon 753 min fransalı – seçicilərin 66,1 faizi dəstəkləyib.Emmanuel Makronun rəqibi “Milli cəbhə” partiyasının namizədi Marin Le Pen 10 milyon 643 seçici (33,9 faiz) səsini toplamağa müvəffəq olub. Ona verilən səslər Makronla müqayisədə iki dəfə az olsa da, “Milli cəbhə” partiyası üçün rekord göstəricidir.Beləliklə, 39 yaşlı Emmanuel Makron ölkə tarixində ən gənc prezident olub. 1977-ci ildə həkim ailəsində anadan olan Makron əvvəldən seçkilərin nominal favoriti sayılırdı.O, siyasətdə demək olar, yeni fiqurdur. 2004-2008-ci illərdə İqtisadiyyat Nazirliyində müfəttiş vəzifəsində çalışan Makron, eyni zamanda, “Rothschild & Cie Banque” bankında investisiya bankiri işləyib. Siyasi arenaya təxminən beş il əvvəl, 2012-ci ildə Fransua Olland tərəfindən Yelisey sarayının baş katibinin köməkçisi vəzifəsinə təyin olunduqdan sonra çıxıb. İki ildən sonra hakim Sosialist Partiyasının daxilində növbəti böhran zamanı iqtisadiyyat nazirliyinə başçılıq edib. Onun hökumətdə əsas nailiyyəti 2015-ci il avqustun 6-da “Makron qanunu” adlandırılan “iqtisadi artım, aktivlik və şansların bərabərliyi üçün qanunun” qəbul edilməsi olub.2016-cı ildə proqressiv “İrəli” siyasi hərəkatını yaradıb. Özünü müstəqil siyasətçi adlandırmasına baxmayaraq, Yelisey sarayının dəstəyindən də imtina etmir. Makronun rəqibləri onu Ollandın “siyasi reinkarnasiyası” adlandırırlar.Emmanuel Makron Fransa siyasətinə yeni nəfəs gətirəcəyini vəd edir. Onun strategiyası fransız cəmiyyətindəki antaqonizmlərin inkarı üzərində qurulub. Şərhçilərdən biri Makronun proqramını belə ümumiləşdirir: “Nə sol, nə də sağ – hər ikisi eyni zamanda”.Seçkilərdə qələbəsindən sonra Makron bəyan edib ki, onun Fransa prezidenti seçilməsi ilə tarixdə yeni səhifə açılır. “Mən bütün Fransanın maraqlarını müdafiə edəcəyəm”, – deyə Makron vurğulayıb. O, həmçinin Avropa İttifaqını möhkəmləndirəcəyini və Fransanın Aİ ilə əlaqələrini gücləndirəcəyini vəd edib.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42