Azərbaycanın Polşadakı səfirliyində Avropa Diplomatiya Akademiyasının tələbələri ilə görüş keçirilib. Səfir Həsən Həsənovla keçirilən görüşdə Diplomatiya Akademiyasının 24 tələbəsi iştirak edib. Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə tələbələr səfirə Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-Polşa əlaqələrinə dair suallar ünvanlayıblar. Tələbələrin suallarını cavablandıran səfir Azərbaycan-Polşa əlaqələrinin tarixi, müasir dövrü, Dağlıq Qarabağ münaqişəsi, son günlərdə cəbhə xəttində baş verən hadisələr, müasir xarici və enerji siyasəti haqqında ətraflı məlumat verib. Tələbələrə, həmçinin səfirlik tərəfindən polyak dilində nəşr etdirilən Azərbaycan tarixi, mədəniyyəti və dili ilə bağlı kitablar hədiyyə olunub. Görüşün sonunda tələbələr Azərbaycan mətbəxinin nümunələrindən dadıblar.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…