Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində may ayı “Sağlam həyat tərzi” mövzusuna həsr olunub.BŞTİ-dən Azərtac-a bildiriblər ki, verilmiş mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.Mövzunun seçilməsinin məqsədi şagirdlərin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdir. Mayın sonunda mövzuya uyğun olaraq “Ayın ən sağlam məktəbi” nominasiyası üzrə qalib məktəb seçiləcək.Bakı şəhərinin 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Sağlam həyat tərzi” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “açıq dərs”, sərgi və ekskursiyaların keçirilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub.Qalib məktəb orijinallıq, mövzunun əhatəliliyi, fəaliyyətin müxtəlifliyi, şagirdlərin bacarıqlarının formalaşdırılmasına xidmət edən fəaliyyət zənginliyi, layihədə müxtəlif yaş qrupunu təmsil edən şagirdlərin iştirakı, mövzunun ekoloji problemləri əhatə etməsi, hesabatların təqdim edilməsində təsdiqləyici materialların mövcudluğu (foto və s.) kimi meyarlara əsasən müəyyənləşdiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…