Lənkəranda yeni tədris ilində daha bir yeni təhsil müəssisəsi – İslam Kolleci fəaliyyətə başlayacaq.Azərtac xəbər verir ki, Lənkəran İslam Kolleci Azərbaycanda ilk dəfə dövlət qeydiyyatına alınmış yeddi İslam Kollecindən biridir.Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə “İslam Həmrəyliyi İli” ərəfəsində belə kolleclərin yaradılmasının bütün dindarlara töhfə olduğunu bildirib. O qeyd edib ki, kollecdə təhsil müddəti dörd ildir. İlkin mərhələdə burada 15 tələbə təhsil alacaq.Burada tədris alacaq qonşu rayonların tələbələri üçün yataqxana da nəzərdə tutulub. Kollecə qəbul qaydaları və dərs proqramları isə yay aylarında açıqlanacaq.Qeyd edək ki, respublikamızda Lənkəran İslam Kolleci ilə yanaşı, daha 6 yeni İslam kolleci – Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kolleci Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…