Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə telefon danışığı zamanı Aİ-nin Ukrayna vətəndaşları üçün vizasız rejimin tətbiqi məsələsini müzakirə edib. “Gazeta.ru”nun xəbərinə görə, bu barədə Ukrayna prezidentinin saytında dərc olunmuş məlumatda bildirilir. Məlumata görə, Poroşenko və Tusk yaxın perspektivdə yüksək səviyyədə keçiriləcək siyasi dialoq tədbirlərinin hazırlıq prosesini müzakirə ediblər. Məlumatda qeyd olunub ki, Tusk Aİ-nin Ukrayna ilə həmrəy olduğunu təsdiqləyib və Çernobıl faciəsinin fəsadlarının aradan qaldırılmasında ölkəyə hərtərəfli yardım göstərməyə hazır olduğunu qeyd edib. Qeyd edək ki, Avropa Komissiyası aprelin 20-də Ukraynanı Aİ ilə vizasız rejimin tətbiq edildiyi ölkələrin siyahısına daxil etməyi təklif edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…