Mayın 10-da Avstriyanın vitse-kansleri Raynhold Mitterlener tutduğu vəzifədən istefa verdikdən sonra Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Avstriya Xalq Partiyası (ÖVP) arasında hökumət koalisiyasına son qoyulub.Koalisiyanın başa çatmasına əsas səbəb ÖVP-nin yeni sədri Kristian Kurtsun vitse-kansler vəzifəsini öz üzərinə götürməyərək, bu vəzifəni hazırkı ədliyyə naziri Volfqanq Brandştetterə həvalə etməsi olub. Avstriyanın federal kansleri və SPÖ partiyasının rəhbəri Kristian Kern koalisiya tərəfdaşının bu addımını tənqid edərək, partiya rəhbərinin cavabdehliyi öz üzərinə götürməli olduğunu bildirib. Parlamentdəki çıxışında artıq koalisiya tərəfdaşlığının pozulduğunu qeyd edən K.Kern növbəti parlament seçkilərinə kimi qanunverici orqanda qərarlar koalisiyadaxili razılaşmalar əsasında deyil, “qüvvələrin sərbəst hərəkəti”, yəni, hər bir partiyanın və deputatın sərbəst seçimi əsasında qəbul ediləcək.Parlamentdə təmsil olunan bütün fraksiyaların razılığı əsasında növbədənkənar parlament seçkiləri oktyabrın 15-də baş tutacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…