Ağ evin məlumatına əsasən, Prezident Donald Trampın və dövlət katibi Reks Tillersonun iştirakı ilə Ər-Riyadda keçirilən mərasimin gedişində ABŞ Səudiyyə Ərəbistanı ilə silah satışı və hərbi xidmətlər üzrə 110 milyard dollarlıq müqavilələr imzalayıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu müqavilələr hər iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığını xeyli genişləndirəcək.ABŞ administrasiyası əməkdaşının sözlərinə görə, imzalanan müqavilələr Səudiyyə Ərəbistanının və Fars körfəzi regionunun uzunmüddətli təhlükəsizliyinə dəstək verəcək. Bundan başqa, müqavilələr ABŞ-da 10 minlərlə iş yerinin yaradılmasına da kömək edəcək.Ağ evin nümayəndəsi Sara Sanders isə jurnalistlərə bildirib ki, yaxın onillikdə Səudiyyə Ərəbistanına Amerika silahı satışının həcmi 350 milyard dollara çata bilər.Səudiyyə Ərəbistanı hərbi xərclərə görə dünya ölkələri arasında ABŞ və Çindən sonra üçüncü yerdə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…