“Taliban” hərəkatının silahlıları Əfqanıstanın cənubunda nəzarət-buraxılış məntəqələrinə silsilə hücumlar təşkil edərək 20 polis işçisini qətlə yetiriblər.France Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının azı 15 əməkdaşı da yaralanıb.“Bu səhər “Taliban” döyüşçülərinin ağır və yüngül silahlarla silahlanmış bir qrupu Zabul vilayətində bir neçə polis nəzarət-buraxılış məntəqəsinə koordinasiya olunmuş hücum həyata keçirib, 20 polis işçisi həlak olub”, – deyə vilayətin qubernatoru Bismilla Əfqanmal bildirib.Son vaxtlar Əfqanıstanda vəziyyət pisləşməkdə davam edir. Bir sıra kənd rayonlarında xeyli əraziləri ələ keçirən taliblər böyük şəhərlər istiqamətində hücumları genişləndirirlər. Ölkə ərazisində, həmçinin İŞİD terror qruplaşmasının da təsir dairəsi artır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…