Pilləkənlə 10 dəqiqə aşağı-yuxarı enib-qalxmaq gümrahlığa kofein içməkdən daha yaxşı təsir göstərir. Rusiyanın “AiF Zdorove” qəzeti xəbər verir ki, ABŞ-dakı Corciya Universitetinin alimləri apardıqları təcrübədən sonra belə qənaətə gəliblər.Onların apardıqları təcrübədə xroniki yuxusuzluqdan əziyyət çəkən tələbələr iştirak ediblər. İştirakçılar ayrı-ayrı günlərdə ya kofein tərkibli həb qəbul ediblər, ya da yavaş sürətlə pilləkənlərlə 10 dəqiqə aşağı-yuxarı enib-qalxıblar. Bununla yanaşı onlar yaddaşı və diqqətin toplanmasını qiymətləndirən test suallarına da cavablar veriblər. Nəticələr pilləkənlə gəzintidən sonra iştirakçıların kofeinli həb içdikləri günlərə nisbətən özlərini daha gümrah hiss etdiklərini aşkara çıxarıb. Fiziki hərəkətlər və kofein isə onların koqnitiv qabiliyyətlərinə heç bir təsir göstərməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…