Mayın 24-də Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Rumıniya Təhsil Forumu öz işinə başlayıb.Azərtac xəbər verir ki, “ADA” Universitetinin prorektoru Fariz İsmayılov forumun əhəmiyyətini qeyd edib. Bildirilib ki, tədbirin təşkilinin əsas məqsədi azərbaycanlı tələbələri Rumıniyada təhsil imkanları ilə tanış etməkdir. Forum iki ölkənin təhsil sahəsində əlaqələrinin inkişafına öz töhfəsini verəcək.Azərbaycan təhsil nazirinin müavini Firudun Qurbanov son illər Azərbaycan-Rumıniya təhsil əlaqələrinin daha da gücləndiyini bildirib. Nazir müavini Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində tələbələrin Rumıniyada təhsil aldığını diqqətə çatdırıb.Qeyd olunub ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir və bu dövlətin təhsili bizim üçün böyük maraq kəsb edir. Ali məktəblərdə Azərbaycan və rumın dillərinin tədrisinə önəm verilir. Bu forum iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsi üçün mühüm platforma olacaq.Rumıniya təhsil nazirinin müavini Qiqel Paraşiv bildirib ki, Bakıda keçirilən Azərbaycan-Rumıniya Təhsil Forumu ölkələrimizdə təhsil sistemlərinin islahatı sahəsində təcrübə mübadiləsi üçün bir fürsətdir. Son illərdə Azərbaycan ali məktəblərində həyata keçirilən elmi layihələri yüksək qiymətləndırən Q. Paraşiv bildirib ki, bu tədbir ali məktəblər arasında dialoqa, birgə əməkdaşlığa imkanlar yaradacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…