Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Gəncə və Göygöl, Daşkəsən və Samux Mərkəzi Rayon Xəstəxanalarının tabeliyində olan tibb müəssisələrinin müalicə işləri üzrə baş həkim müavinləri, ginekoloqlar üçün “Fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması” mövzusunda seminar keçirib.İSİM-dən Azərtac-a bildirilib ki, Səhiyyə Nazirliyinin 2017-ci il üçün mülki müdafiə tədbirlər planına əsasən təşkil olunmuş tədbirdə İSİM-in əməkdaşları – layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov çıxış ediblər. BMT-nin Əhali Fondunun İSİM-lə əməkdaşlığı çərçivəsində həyata keçirilən tədbirdə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları də iştirak edib.İSİM-in nümayəndələri fövqəladə hallarda zərərçəkən əhalinin reproduktiv sağlamlığının təmin olunması və qorunması üçün Minimal Paket Xidmətlərinin (MİXP) göstərilməsi barədə seminar iştirakçılarına məlumat veriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…