Dövlət İmtahan Mərkəzində (DİM) ötən illərdə hazırlanmış test kitabçalarının təkmilləşdirilməsi və yeni hazırlanacaq “Qiymətləndirmə tapşırıqları” vəsaitlərinin müzakirəsi aparılıb.Mərkəzdən Azərtac-a bildirilib ki, həftə ərzində 5-ci sinif üzrə Azərbaycan dili, ingilis dili, rus dili (rus bölməsi), riyaziyyat, 6-cı sinif üzrə fizika, coğrafiya, Azərbaycan tarixi, ümumi tarix, biologiya fənlərindən test kitabçaları müvafiq siniflər üzrə dərsliklərin yeni nəşrləri ilə tutuşdurulub, oradakı dəyişikliklər nəzərə alınıb.Yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, ingilis dili, ədəbiyyat, kimya, fizika, ədəbiyyat (rus bölməsi), rus dili (rus bölməsi), biologiya, ümumi tarix, coğrafiya, riyaziyyat fənlərindən X siniflər üçün müxtəlif tədris vahidləri üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirələri keçirilib. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanılmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb.Növbəti həftə müzakirələr davam etdiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…