Dünya Səhiyyə Təşkilatının qərarı ilə…

30 May 2017 12:03

Xəbər 966 dəfə oxunub

Dünya Səhiyyə Təşkilatının qərarı ilə hər il may ayında Dünya Astma və Allergiya Xəstələri Günü qeyd edilir. Günün təsis olunmasında əsas məqsəd cəmiyyətin diqqətini bu problemlərə cəlb etmək və əhalini maarifləndirməkdir. Epidemioloji araşdırmalara əsasən hazırda dünya əhalisinin 40 faizdən çoxunda allergiya əlamətləri müşahidə edilir. Buna artıq pandemiya demək olar. Belə ki, dünya əhalisinin hər üç nəfərindən biri allergik rinitdən, hər onundan biri isə bronxial astmadan əziyyət çəkir.Bu xəstəliklərin bir sıra yayılma risk faktorları mövcuddur. Bunlara misal olaraq siqaret, əsasən uşaqlar və hamilələrdə siqaret tüstüsü, hamiləlik zamanı istifadə olunan allergik mənşəli qidalar, kimyəvi maddələrlə təmas, hormonal kontraseptivlər və antibiotiklər, sintetik əlavəli ərzaqlar, stress və s.Bronxial astma səhiyyə üçün qlobal problemə çevrilə bilər. Belə ki, hazırda dünya əhalisinin təxmini 300 milyonu bu xəstəliyin qurbanıdır. Xəstəlik passiv həyat tərzinin səbəblərindən biridir. Yer kürəsinin müxtəlif bölgələrində aparılan sorğuya əsasən bronxial astmadan əziyyət çəkənlərin 51-59 faizində xəstəliyi hətta astma əleyhinə preparatlarla da nəzarətdə saxlamağı mümkün olmadığı görülüb.Xəstəliyi nəzarətdə saxlamaları üçün əsasən mümkün qədər allergiya törədən qidalardan, heyvanlardan, toz və kitab, xalı kimi tozlanan əşyalarda, siqaret tüstüsü kimi bir sıra xəstəliyi qıcıqlandıracaq səbəblərdən uzaq durmaları məsləhət görülür.Uşaqlarda astmanın ilkin profilaktikası – əsasən yenidoğulmuşların ana südü, yaşca daha böyüklərin isə düzgün qidalanması, yaşadıqları mühitin düzgün seçilməsidir.Bu xəstəliyin kontrolda saxlanılması problemin təkrarlanma müddətinin 3-10 il arası uzadılması deməkdir.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05