Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Füzuli rayonu Horadiz şəhərində iyunun 30-na nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilərək iyunun 16-na keçirilib.Komitədən Azərtac-a bildirilib ki, qəbul saat 11:00-da Füzuli rayonu Horadiz şəhərində keçiriləcək. Qəbulda Füzuli rayonu ilə yanaşı, Beyləqan, Ağcabədi, İmişli, Cəbrayıl rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatından irəli gələn məsələlər, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və komitənin fəaliyyət istiqamətlərinə aid digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…