İctimai Nəzarət və Məsləhət Şurası yaradılıb

8 İyun 2017 12:21

Xəbər 1308 dəfə oxunub

Tibb Universitetinin Böyük Elmi Şurasının qərarı ilə universitetin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılması qərara alınıb və onun 9 nəfərdən ibarət tərkibi formalaşıb.Universitetdən Azərtac-a bildiriblər ki, bu gün təhsil müəssisəsinin rektoru, professor Gəray Gəraybəyli yeni yaradılmış qurumun üzvləri ilə görüşüb. Görüş zamanı rektor yeni yaradılmış Şuranın məqsədləri haqqında məlumat verərək onu da söyləyib ki, istənilən ali məktəbdə gedən proseslərin düzgün, şəffaf və ədalətli həllində ictimaiyyətin böyük rolu var. Buna görə də rektor universitetdə gedən proseslərin şəffaflığını təmin etmək məqsədilə bir neçə aydır ki, tələbələrlə mütəmadi olaraq görüşlər keçirir.Çıxış edən İctimai Şura üzvləri bildiriblər ki, qurumun əsas işi ATU-da gedən proseslərin, görülən işlərin fayda və səmərəsini ortaya çıxarmaqdır.Qeyd edək ki, Şuranın tərkibinə tələbə və valideynlər də daxil edilib. Şuranın sədri Milli Məclisin deputatı, həkim qastroenteroloq İlham Məmmədov, sədr müavini ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Aidə Bəndəliyeva, şuranın katibi isə Əhməd Abbasbəyli seçilib.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05