İyunun 20-də İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyi və Avropa İttifaqının (Aİ) Tvinninq layihəsi çərçivəsində “Ali təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzusunda konfrans keçirilib.UNEC-dən Azərtac-a bildirilib ki, tədbirdə layihənin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri iştirak ediblər. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, konfransın məqsədi ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsi ilə bağlı hazırlanan yeni planlarla universitetləri tanış etməkdir.Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mard qeyd edib ki, layihə Azərbaycanla Aİ ölkələri arasında əlaqələrin daha da inkişafına təkan verəcək.Tədbirdə Tvinninq layihəsinin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri təqdimatla çıxış ediblər. Təhsil Nazirliyi, Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən hazırlanan qaydalar şərh edilərək, ali təhsil icması ilə fikir mübadiləsi aparılıb.Konfrans avqustun 29-dək davam edəcək.İkiillik dövrü əhatə edən pilot layihə UNEC, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…