Paytaxtda taekvando idman növü üzrə IV Bakı Açıq Çempionatı keçirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildirilib ki, yarışda Azərbaycan və Gürcüstanı təmsil edən 6-15 yaşlı idmançılar mübarizə aparıblar.Turnirin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan 49 şagird çempionatın qalibləri sırasında yer alıb. Müxtəlif çəki dərəcələri üzrə məktəblilərdən 14-ü birinci, 19-u ikinci, 16-sı üçüncü yerə layiq görülüb.Qeyd edək ki, yarışda Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin beş, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının dörd, Cəbrayıl rayon Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbin iki, Laçın rayon 28 nömrəli tam orta məktəbin bir, “Ankara məktəbi” məktəb-liseyin bir şagirdi və Gürcüstandan olan iki idmançı da qaliblər sırasına düşüb.Qaliblər medal və diplomla təltif ediliblər.Xatırladaq ki, bir müddət əvvəl kikboksinq idman növü üzrə Gürcüstanda təşkil olunan Beynəlxalq Açıq Dünya Çempionatında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən 10-u birinci, 6-sı ikinci, 3-ü üçüncü yerə layiq görülüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…