Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında 26 iyun – BMT-nin “Narkotiklərlə Mübarizə Günü’’nə həsr olunmuş tədbir keçirilib. Bu barədə Azərtac-a rayon icra hakimiyyətindən bildiriblər.Tədbirdə rayon icra hakimiyyətinın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ə.Teymurov, Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri N.Zülfüqarov, Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Ruhi-Əsəb Xəstəxanasının həkim-narkoloqu V.Yusifov, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin sədri E.Məlikova, Bakıxanov qəsəbəsindəki “İmam Rza” məscidinin axundu Ə.Tahirov, rayon mərkəzi kitabxana sisteminin müdiri N.Hüseynova, “Asudə vaxt” mərkəzinin direktoru M.Bayramova və başqaları çıxış edərək narkomaniya aludəsi olanların öz həyatlarını məhv etməklə yanaşı cəmiyyət üçün real təhlükə mənbəyi, ümumbəşəri bəlanın mənəviyyatımıza, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə zidd olduğu, böyüməkdə olan gənc nəslə zərərli təsiri və onunla mübarizə yolları barədə danışıblar.Tədbirin sonunda iştirakçılar narkomaniya bəlalarından bəhs edən videoçarxı izləyiblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…