İyunun 25-də Avropanın ən kasıb ölkəsi olan və narkobiznesin çiçəkləndiyi Albaniyada iqtidar və müxalifətin münaqişəsi səbəbindən ləğv olmaq həddinə çatan parlament seçkiləri keçiriləcək.RİA Novosti informasiya agentliyi xəbər verir ki, müxalifətdə olan Lülzima Başinin Demokrat Partiyası dörd ay ərzində etiraz aksiyaları keçirərək parlamentin işini boykot etmişdi. Onlar hakim Sosialist Partiyasını seçkiləri saxtalaşdırmağa hazırlaşmaqda, iqtisadi problemlərdə təqsirləndirirdilər. Avropa İttifaqı və ABŞ münaqişənin nizamlanmasına vasitəçilik ediblər. Nəticədə müxalifət səsvermənin təşkilini müşahidə etmək imkanı qazanıb, seçkilər isə iyunun 18-dən 25-nə keçirilib.Seçkilər 1991-ci ildə Ənvər Xoca rejiminin süqutu nəticəsində Albaniyada çoxpartiyalı sistemin tətbiqindən sonra doqquzuncu dəfədir keçirilir. O həm də ölkənin 2014-cü ildə Aİ-yə namizəd statusu almasından sonra keçirilən ilk seçkilər olacaq.Albaniya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 18 siyasi birlik iştirak edir. Seçki hüququna malik 3,4 milyon nəfər 5,3 min məntəqədə səs verə biləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…