Fransanın Sosialist Partiyası Milli Məclisə (parlamentin aşağı palatası) keçirilən seçkilərin nəticələri üzrə iyunun 21-də elan olunmuş yeni hökumətə etimad haqqında məsələdə səs vermək niyyətində deyil.TASS informasiya agentliyi xəbər verir ki, sosialistlər Eduar Flip hökumətinə əsl müxalifətdə olduqlarını bəyan ediblər. “Biz bu Nazirlər Kabinetinə etimad göstərilməsinin lehinə səs verməyəcəyik” – partiyanın şənbə günü yayılmış bəyanatında belə deyilir.Parlamentdə səsvermə iyulun 4-nə nəzərdə tutulur. Ənənəyə görə, Baş nazir bu zaman öz siyasi kursunun əsas tezislərini əks etdirən proqram xarakterli nitq söyləyəcək.Xatırladaq ki, son beş ildə ölkəni idarə etmiş Sosialist Partiyası Fransada parlament seçkilərinin iyunun 21-də keçirilmiş ikinci turunda böyük itkilərə məruz qalıb. Onun təmsilçiliyi 295 deputatdan 46 deputatadək azalıb. Fransız politoloqları sosialistlərin bu məğlubiyyətini tarixi hadisə adlandırırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…