İyunun 28-də Yaponiyanın Baş naziri Şinzo Abe ilə Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub. Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tərəflər regiondakı vəziyyət və iki dövlət arasında qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.Baş nazir Qətər ətrafında son vaxtlar cərəyan edən hadisələrə toxunaraq regionda sabitliyin qorunmasının böyük əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, terrorçuluqla və ekstremizmlə mübarizənin gücləndiyi bir vaxtda ərəb dövlətləri arasında baş verən mübahisələr dialoq yolu ilə həll edilməlidir. Baş nazir əlavə edib ki, Yaponiya Küveytin vasitəçilik missiyasını dəstəkləyir və problemin sülh yolu ilə həllinə tərəfdardır.Şeyx Təmim bin Həməd Al Tani bildirib ki, Qətər Dövləti Yaponiya ilə münasibətlərə xüsusi önəm verir və baş verənlərə baxmayaraq, Gündoğar ölkəyə enerji daşıyıcılarının çatdırılmasında heç bir problem olmayacaq. Əmir əlavə edib ki, qonşu ölkələrlə münasibətlərə gəlincə, Qətər vəziyyətin kəskinləşməsini istəmir və problemin sülh yolu ilə həllinə tərəfdardır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…