Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları: İlin yekunları və perspektivlər” mövzusunda “dəyirmi masa”lara start verilib.BŞTİ-dən Azərtac-a bildiriblər ki, ilk “dəyirmi masa”lar Səbail və Qaradağ rayonlarının ümumi təhsil müəssisələri üzrə keçirilib.Qruplar şəkilində ayrı-ayrılıqda təşkil olunan “dəyirmi masa”larda şagird nailiyyətlərinin izlənilməsi, məktəbdaxili qiymətləndirmə, davamiyyət, şagirdlərin yerdəyişməsi, müəllimlərin peşəkar inkişafı, məktəbdənkənar fəaliyyətlərin düzgün planlaşdırılması, 2016-2017-ci tədris ilində tətbiq olunan layihələr və digər mövzular ətrafında müzakirələr aparılıb.Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin ikinci ilində məqsəd təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olması, “keyfiyyətli təhsil vermə”, “xoşbəxt şagird – keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə səmərəli məktəb ideyasının bir dəyərə, ənənəyə çevrilməsini təmin etməkdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…