ABŞ hökuməti vergidən yayınmaq üçün müxtəlif metodlardan istifadə edən dairələrin, eləcə də bu məsələdə onlara yardım edən bankların müəyyənləşdirilməsi yönündə daha böyük səylər göstərməyi planlaşdırır.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, bu məqsədlə ölkə məmurları Panama sənədlərinin ictimaiyyətə açıqlanmasından sonra ortaya çıxmış məlumatların, həmçinin İsveçrə banklarından və digər məlumat mənbələrindən əldə edilmiş göstəricilərin dərin təhlilini aparmağı nəzərdə tutur.Vergidən yayınmanın kökünün kəsilməsi üçün ABŞ-ın Ədliyyə Nazirliyi və vergi administrasiyası ölkə vətəndaşlarının İsveçrədən İsrail, Sinqapur və Honkonq kimi ölkələrə köçürülmüş hesablarına nəzarət edəcək.ABŞ hökumətinin mövqeyinə görə, bir sıra hallarda offşorlardan istifadə etməklə vergidən yayınma metodlarının təhlil olunmasına ehtiyac var. Rəsmi dairələrdən bildirilib ki, bu məlumatları əlaqələndirmək, pulların axınını müşahidə etmək və hara getdiyini dəqiqləşdirmək zəruridir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…