“İyirmilik” qrupu ölkələrinin ikigünlük sammiti başlayır

7 İyul 2017 15:00

Xəbər 1368 dəfə oxunub

İyulun 7-də Hamburqda “İyirmilik” qrupu ölkələrinin ikigünlük sammiti başlayır. Almaniya sammitdə bu mövzuları prioritet qismində müzakirə etməyi planlaşdırır: iqlim dəyişikliyi ilə mübarizə, Afrikanın inkişafı, planetdə aclığın nəticələrinin aradan qaldırılmasına kömək göstərilməsi, cəmiyyətdə qadınların rolunun artırılması.TASS informasiya agentliyi xəbər verir ki, sammitin ilk iş günündə terrora qarşı fəaliyyət, ticarət və iqtisadi problemlər və iqlim dəyişikliyi müzakirə olunacaq. İkinci iş günü isə Afrikada vəziyyətin yaxşılaşdırılması, miqrasiya və səhiyyə problemləri, həmçinin rəqəmsal texnologiyaların inkişafı məsələlərinə həsr olunacaq.Lakin “İyirmilik” ölkələrinin liderləri rəsmi proqramla kifayətlənməyəcək və çoxsaylı ikitərəfli görüşlər keçirəcəklər. Onların arasında ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putinin görüşü daha çox maraq doğurur.Sammit iştirakçılarının təhlükəsizliyini 20 minə yaxın polis əməkdaşı təmin edəcək. “İyirmilik” liderlərinin gələcək görüşü artıq kütləvi etirazlara səbəb olub. Bu ərəfədə şəhərin Sankt-Pauli küçəsində razılaşdırılmış mitinq keçirilib. Sonradan onlara solçu radikalların və antiqlobalçıların qoşulması ilə dinc aksiya iğtişaşa çevrilib. Toqquşmalar nəticəsində yüzlərlə insan, o cümlədən polis əməkdaşları xəsarət alıb.Xatırladaq ki, G20-yə Avropa İttifaq Şurasının sədri və Avropa Komissiyası prezidentinin şəxsində ayrıca təşkilat kimi Aİ, Şimali Amerikadan Kanada, ABŞ və Meksika, Cənubi Amerikadan Braziliya və Argentina, Avropa və Yaxın Şərqdən Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı, Asiyadan Hindistan, İndoneziya, Çin, Cənubi Koreya və Yaponiya, Afrikadan Cənubi Afrika Respublikası, habelə Avstraliya daxildir. Həmin dövlətlərin başçıları ilə yanaşı, sammitə böyük beynəlxalq strukturların – Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının, Dünya Ticarət Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının rəhbərləri də dəvət olunurlar. “Böyük iyirmilik” ölkələrinin payına planetimizin əhalisinin 2/3 hissəsi və dünya ÜDM-nin 80 faizi düşür.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42