Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov iyulun 14-də Şəmkir rayonunda vətəndaş qəbulu keçirəcək. Heydər Əliyev Mərkəzində saat 12:00-da təşkil olunacaq qəbulda Şəmkir ilə yanaşı, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.ƏMDK-dan Azərtac-a bildirilib ki, Kərəm Həsənov komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri ilə bağlı vətəndaşları qəbul edəcək.Qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…