Estoniyanın Avropa İttifaqında sədrliyi çərçivəsində Tallində Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin görüşü keçirilib.Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun başçılığı ilə nümayəndə heyəti təmsil edib. Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri F.Məmmədov kibercinayətkarlıqla mübarizədə ölkəmizin təcrübəsi, o cümlədən qanunvericilik və institusional tədbirlərdən danışıb, transmilli xarakter daşıyan bu kimi cinayətlərlə mübarizədə səmərəli beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Kiber hücumların tamahla yanaşı, bir çox hallarda siyasi məqsədlər daşımasının daha böyük təhlükə doğurduğunu qeyd edərək, Azərbaycanın da bundan əziyyət çəkdiyini və erməni hakerlərinin hücumları ilə qarşılaşdığını bildirib.Tədbirdə, həmçinin məhkəmə-hüquq islahatlarına toxunularaq Avropa dövlətlərinin bu sahədə qarşılaşdıqları problemlərdən bəhs olunub, məhkəmə sistemlərinin təkmilləşdirilməsinin, əməkdaşlığın genişləndirilməsinin, yaxşı təcrübələrin mübadiləsinin əhəmiyyəti qeyd edilib, bu məqsədlə mütəmadi toplantıların keçirilməsi məqsədəmüvafiq bilinib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…