“Kapital Bank” filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində Masallı şəhəri, M.Talışxanov prospektində yerləşən “ASAN Həyat” Kompleksi daxilində yeni şöbəsini istifadəyə verib.Bankdan Azərtac-a bildiriblər ki, müştərilər, eyni zamanda həm “ASAN Xidmət” mərkəzində, həm də “ASAN Həyat” Kompleksi daxilində yerləşən yeni konsepsiya əsasında təmir edilən şöbədə müasir bank xidmətlərindən faydalana bilərlər.”Kapital Bank”ın yeni şöbəsi müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni “Bravo” və “Nərimanov Kart Mərkəzi” filialları, “Buzovna”, “Dəmiryol” və “Lökbatan” şöbələri fəaliyyətə başlayıb, “Həzi Aslanov”, “Qubadlı” və “Göyçay” filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…