Səyyar ASAN xidmət iyulun 13–27-də Tərtər şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentlikdən Azərtac-a bildiriblər ki, həmçinin səyyar avtobuslar iyunun 29-dan iyulun 28-dək Xaçmaz şəhərində, iyunun 29–dan iyulun 13-dək Abşeron rayonunun Qobu qəsəbəsində, iyulun 7–dən 31-dək İsmayıllı və Lerik rayonlarında, iyulun 10–dan 29-dək Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, iyulun 10–dan 19-dək Qaradağ rayonunun Ələt qəsəbəsində, səyyar “ASAN qatar” isə iyulun 5–dən 19-dək Balakən şəhərində vətəndaşların xidmətində olacaq.Qeyd edək ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…