Türkiyənin hakimiyyət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 4 min 128 Rusiya vətəndaşının ölkəyə gəlməsinə qadağa qoyub.RİA Novosti agentliyi xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məruzədə, həmçinin 2011-ci ildən bəri bu səbəbdən 800-dən çox rusiyalının ölkədən deportasiya edildiyi bildirilir. Qeyd olunur ki, İŞİD-lə əlaqə şübhəsinə əsasən Türkiyəyə girişi qadağan olunan əcnəbilərin “qara siyahısına” ümumilikdə 146 ölkədən 53 min 781 nəfər daxildir. Bu siyahıda Səudiyyə Ərəbistanı (7523 nəfər), Tunis (4605 nəfər) və Rusiya (4128 nəfər) vətəndaşları liderlik edirlər.Son altı ildə İŞİD qruplaşması ilə bağlılığına görə Türkiyədən ən çox Rusiya vətəndaşları deportasiya olunublar – 804 nəfər. Sonrakı yerləri İndoneziya (435 nəfər) və Tacikistan (308 nəfər) tutur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…