İyulun 24-də Təhsil Nazirliyində “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində başlanılan yay məktəbi ilə bağlı mətbuat konfransı keçirilib.Azərtac xəbər verir ki, konfransda təhsil nazirinin müavini Firudin Qurbanov yay məktəbi barədə məlumat verib. Bildirilib ki, yay məktəbinin məqsədi bölgələrdə yaşayan və ya təhsil alan, akademik göstəriciləri orta olan tələbələrin karyera inkişaflarına, eləcə də dünyagörüşünün formalaşmasına təsir etmək, onlara informasiya texnologiyalarından istifadədə, iş seçimi və axtarışında kömək göstərən bilik və bacarıqlar verməkdir.İyulun 31-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin səkkiz bölgəsində yaşayan gənclər karyera və fərdi inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edəcəklər.Bakı şəhərindən yola düşən “Təhsil avtobusu – 2017” Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.Xatırladaq ki, 2016-cı ildə keçirilən proqram nəticəsində səkkiz gün ərzində iki min kilometr yol qət edilib, Bakı və dörd rayonun (Lənkəran, Quba, Gəncə və Şəki) məktəblərindən 200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən yüz akademik saat təhsil proqramı və komanda-öyrədici oyunları keçirilib.Yay məktəbi Təhsil Nazirliyi, “Engin” LTD MMC və “Kapital Bank”ın təşkilatçılığı, “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “ARB TV”, “ASAN xidmət”, “BİR” Tələbə-Könüllü proqramı, “Edutainment.az”, “İstək” liseyi, “SABAH” qrupları, “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…