Əmək yarmarkalarının keçirilməsi muxtar respublikada əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Bu tədbirlərin davamı kimi Sədərək rayonunda növbəti əmək yarmarkası təşkil olunub. Azərtac xəbər verir ki, əmək yarmarkasının açılışında çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsinə, yeni iş yerlərinin yaradılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə töhfə verdiyini qeyd edib. Bu proqram əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılması və işaxtaranların sosial müdafiəsi üçün yeni imkanlar yaradır.Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Mahmudov çıxışında rayonun sosial-iqtisadi inkişafından söz açıb. Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 7 təşkilatdan 91 boş iş yerinin çıxarıldığı tədbirdə 11 nəfərə işə göndəriş verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…